1992-ci il oktyabrın 27-də yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı, 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olub. AMEA-nın nəzdində fəaliyyət göstərən müəssisələrin işçilərini özündə birləşdirir. 20 ilk həmkarlar ittifaqı təşkilatlarını və 3061 üzvü özündə birləşdirir.
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının qurultayı 5 ildə bir dəfə keçirilir. Qurultayın keçirilmə vaxtı Məclis tərəfindən müəyyən edilir. Qurultaylararası dövrdə ali orqan Məclisdir. Məclis ildə 2 dəfə keçirilir. İttifaqın Rəyasət Heyətinin iclası ayda 1 dəfə keçirilir.
Ünvan: Bakı şəhəri, AZ 1143, Hüseyn Cavid prospekti 117
Əlaqə nömrəsi: (+99412) 539 23 46