Bakı metropolitenində həmkarlar ittifaqı təşkilatı 1967-ci ildə yaradılıb və Azərbaycan Dəmir Yolu Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvlüyünə daxil edilib. 2003-cü il mayın 8-də Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi (MİHİB) təsis edilib və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olub. 2014-cü il sentyabrın 14-də Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyənin işçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi birləşərək Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) təsis edilib. Metropoliten İşçiləri Həmkarlar İttifaqı özündə 23 ilk həmkarlar ittifaqı təşkilatlarını birləşdirir və 4805 üzvü var. Təşkilatın ali orqanı Konfransdır. Son Konfrans 2024-cü il sentyabrın 25-də keçirilib. Konfranslararası müddətdə təşkilatın işinə Məclis rəhbərlik edir ki, o da ildə bir dəfədən az olmayaraq çağırılır. Cari məsələləri həll etmək üçün İcraiyyə Komitəsi seçilir. İcraiyyə Komitəsinin iclası iki ayda bir dəfədən az olmayaraq keçirilir. Metropoliten İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq İctimai Xidmətlər (PSİ), Avropa Dövlət Xidmətləri Həmkarlar İttifaqı Federasiyası (EPSU) və Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası (İEMF) kimi nufuzlu beynəlxalq ictimai təsisatların üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1073, Hüseyn Cavid prospekti, 33A
Əlaqə nömrəsi: (+99412) 538 72 51