"Baku Stil Kompani" İşçiləri Həmkarlar İttifaqı 2004-cü il oktyabrın 6-da yaradılıb. 2010-cu ildən Baku Stil Kompani MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi adı altında öz fəaliyyətini davam etdirir. “Baku Steel Company” MMC-də və “Baku Oksigen Company” ASC-də çalışan işçiləri özündə birləşdirir.
Birlik 4 həmkarlar ittifaqı təşkilatını əhatə edir və 2236 üzvü var.
Həmkarlar İttifaqı Birliyinin ali orqanı beş ildə bir dəfədən gec olmayaraq çağrılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar İttifaqı Birliyinin rəhbər orqanı Məclisdir, cari işlərin aparılması üçün İcraiyyə Komitəsi seçilir.
Ünvan: Bakı şəhəri, AZ 1029, Mir - Cəlal küçəsi, 15
Əlaqə nömrəsi: (+99412) 496 81 20