Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı 2014-cü ildə təsis edilib. FHN-də fəaliyyət göstərən bütün müəssisələrdə çalışan işçiləri özündə birləşdirir.
Qurum 40 ilk həmkarlar ittifaqı təşkilatlarını əhatə edir və 15071 üzvü var.
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının Nizamnaməsi əsasında həyata keçirir.
İttifaqın rəhbər orqanları Konfrans, Respublika Komitəsi, İcraiyyə Komitəsi və Təftiş komissiyasıdır.
Həmkarlar İttifaqının ali rəhbər orqanı beş ildə bir dəfədən gec olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə İttifaqın rəhbər orqanı Respublika Komitəsidir, Respublika Komitəsi Plenumunun iclasları ildə bir dəfədən az olmamaq şərti ilə keçirilir. İttifaqın İcraiyyə Komitəsi Konfransların, Respublika Komitəsinin qərarlarının icrasını təşkil və təmin edir. İcraiyyə Komitəsinin iclasları lazım gəldikdə, rübdə bir dəfədən az olmayaraq keçirilir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayon, Əliyar Əliyev küçəsi, 7
Əlaqə nömrəsi: (+99412) 566 66 43