ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

 

1905-ci ildə Bakıda poçt və teleqraf qulluqçuları Ümumrusiya poçt-teleqraf məmurları ilk Həmkarlar İttifaqının yerli şöbəsini yaradıb. 

1968-ci il fevralın 22-də rabitə və avtonəqliyyat işçilərinin və şosse yolları fəhlələrinin Respublika Komitəsinin IV Plenumu "Rabitə işçiləri" və "Avtonəqliyyat işçiləri və şosse yolları fəhlələri" iki Müstəqil Sahə Həmkarlar İttifaqı Respublika Komitələrini yaratmaları barədə qərar qəbul edib. 

İttifaq Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi adı altında fəaliyyət göstərib və 2020-ci il yanvarın 24-də isə İttifaqın Nizamnaməsinə dəyişiklik edilərək Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı adlandırılıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı rabitə, nəqliyyat və yüksək texnologiya sahəsində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının birliyidir. NRYTİHİ Azərbaycan Respublikası Konstitusiyasına, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və normalarına, Azərbaycan Respublikasında ratifikasiya olunmuş beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunvericiliyinə və onun subyektlərinə, mövcud Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

 Komitə 27 həmkarlar ittifaqı təşkilatlarını, o cümlədən 1 birləşmiş həmkarlar ittifaqını birləşdirir və 17437 üzvü var. İttifaqın Xaçmaz rayonunda “Nabran Rabitəçi İstirahət Bazası” fəaliyyət göstərir.

NRYTİHİ həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Hazırda İttifaq öz ətrafında 5 həmkarlar ittifaqı şöbəsi və 2 birləşmiş həmkarlar ittifaqı komitəsindən ibarət 168 ilk təşkilatda həmkarlar ittifaqı üzvü olan və nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində çalışan 20 minə qədər üzvü birləşdirir.

İttifaqın Xaçmaz rayonu Nabran qəsəbəsində “Nabran Rabitəçi İstirahət Bazası” fəaliyyət göstərir.

Həmkarlar İttifaqının orqanları aşağıdakılardır:

1. Ali rəhbər orqan - Konfrans

2. Seçkili kollegial orqan - Respublika Komitəsi 

3.İcraedici kollegial orqan - Rəyasət Heyəti 

4. Tək icraedici orqan -Həmkarlar İttifaqı sədri 

5. Nəzarət təftiş orqanı -Təftiş Komissiyası 

Nəqliyyat, Rabitə, Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi UNİ Global və RİBHİ (МОР) üzvü kimi mütəmadi olaraq bu təşkilatların tədbirlərində iştirak edir.