ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı 

 

Azərbaycanda neft sahəsində həmkarlar ittifaqı hərəkatının yaranması 19-cu əsrin 90-cı illərinə təsadüf edir. 1904-cü ildə dünyada ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında tarixdə "Mazut müqaviləsi" adını almış ilk kollektiv müqavilə Azərbaycanın neft sənayesində həmkarlar hərəkatının əsasını qoyub. Neft və qazın hasilatı, nəqli, emalı, geoloji axtarışı, layihələndirilməsi, kimya müəssisələri və digər xidmət sahələri işçilərini özündə birləşdirir.

Komitə 106 həmkarlar ittifaqı təşkilatlarını əhatə edir və 64205 üzvü var.

İttifaqın ali orqanı – qurultaydır və Məclis tərəfindən (müstəsna hallar istisna olmaqla) 5 ildən gec olmayaraq cağırılır. Qurultaylararası dövrdə ittifaqın ali orqanı 6 ayda bir dəfədən az olmayaraq keçirilən Məclis sayılır. Məclisin iclaslararası dövründə isə ittifaqın icra orqanı olan Rəyasət Heyəti 3 ayda 1 dəfədən az olmayaraq çağırılır.

Həmkarlar İttifaqının «Daimi komissiyalar haqqında Əsasnaməsi» təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq 6 daimi komissiya fəaliyyət göstərir:

  1. Təşkilat məsələləri üzrə komissiya
  2. Kollektiv müqavilələr üzrə komissiya
  3. Sosial-iqtisad məsələləri üzrə komissiya
  4. Əməyin və sağlamlığın mühafizəsi üzrə komissiya
  5. Əmək mübahisələri üzrə komissiya
  6. Qadın və gender məsələləri üzrə komissiya

ANQSİ Hİ RK 1996-ci ildən Neft Qaz Tikintisi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının üzvüdür.

1999-cu ildən İCEM-in, 2012-ci ildən isə özündə daha çox Beynəlxalq Həmkarlar İttifaqlarını birləşdirən Qlobal Təşkilatı İndustriALLın üzvüdür.

 

Ünvan: Bakı şəhəri, AZ1033, Ağa Nemətulla küçəsi, 39

Əlaqə nömrəsi: (+99412) 567 92 28 / 564 88 20 / 521 15 89