Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası 1994-cü ildə təsis edilib. Federasiya 28 həmkarlar ittifaqı təşkilatını əhatə edir və 2262 üzvü var.
Dağ-mədən, metallurgiya, zərgərlik, ağır və ümumi maşınqayırma, cihazqayırma, radio-elektronika, avtomobil və kənd təsərrüfatı maşınqayırması, bu zavodların tərkibində yaradılmış peşə məktəbləri və digər sahə prinsipinə uyğun müəssisələrdəki işçiləri özündə birləşdirir.
Federasiya Avrasiya Beynəlxalq Metal Federasiyası ilə fəal əməkdaşlıq edir.
Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 561 03 94