ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi fəaliyyətə başlayıb və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi işini davam etdirib. 1992-ci il dekabrın 25-də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılıb.

2012-ci il oktyabrın 9-da keçirilmiş Qurultaydan sonra isə təsisat  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Mədəniyyət, idman, turizm və media işçilərini özündə birləşdirir.

Komitə 457 ilk, 64 rayon və şəhər həmkarlar ittifaqı təşkilatlarını əhatə edir, 45072 üzvü var.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 1992-ci ildən Beynəlxalq Birliyin - Həmkarlar İttifaqlarının, 2001-ci ildən Beynəlxalq İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.

 Eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vasitəsilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (ITUC) və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (GCTU) işlərində yaxından iştirak edərək, qeyd edilən təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini həyata keçirir.

 

Ünvan: Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 47