ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

 

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi (AGİHİB) 11 sentyabr 2018-ci ildə təsis edilib və həmin il sentyabrın 28-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və onun tabeliyində olan ərazi gömrük orqanlarının işçilərini özündə birləşdirir. Birlik 27 ilk həmkarlar ittifaqı təşkilatını əhatə edir və 5224 üzvü var. Birliyin ali orqanı Konfransdır, Konfranslararası dövrdə ildə 1 dəfədən az olmayaraq çağrılan Məclis Birliyin işinə rəhbərlik edir, Məclislərarası dövrdə isə səlahiyyətli orqan Birliyin sədrindən, onun müavinlərindən və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərindən seçilmiş Rəyasət Heyətidir. Birlik öz fəaliyyətini “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, digər qanunvericilik aktları, həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə 2024-2026-cı illər üzrə bağlanmış Kollektiv Sahə (tarif) Sazişi əsasında həyata keçirir.

 

Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181

Əlaqə nömrəsi: (+99412) 563 61 14