ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Elektroenergetika və Elektrotexnika  Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 1917-ci ildə təsis edilib. Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsi isə 1931-ci ildə təsis edilib. Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqının 2003-cü il yanvarın 30-də XVI Konfransında yeni redaksiyada Nizamnaməsi qəbul edilib və təşkilat "Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı" adlandırılıb. Elektroenergetika və elektrotexnika sənayesi sahəsində çalışan işçiləri özündə birləşdirir. Komitə 38 ilk həmkarlar ittifaqını özündə birləşdirir və 9565 üzvü var.

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının ali orqanı Konfransdır. Konfrans sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və  "Elektroprofsoyuz" Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvüdür.

 

Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti, 181

Əlaqə nömrəsi: (+994 12) 562 88 29