Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) 1920-ci il iyun ayının 23-də təsis edilib. Dövlət qulluqçularını, hüquq-mühafizə və müdafiə sistemində çalışan mülki işçiləri, ictimai xidmət sahəsindəki (bir sıra banklar, qurumlar və xidmət sahələrində çalışanlar) işçiləri özündə birləşdirir.
Komitə 1385 həmkarlar ittifaqı təşkilatını, o cümlədən 17 birləşmiş həmkarlar ittifaqı, 76 rayon-şəhər komitəsini əhatə edir və 98690 üzvü var.
DİİXİ Hİ-nin ali rəhbər orqanı Qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqına rəhbərliyi Plenum və Rəyasət Heyəti həyata keçirir.
DİİXİ Hİ Saatlı rayonunda Tədris-idman Mərkəzinə və öz üzvlərinin istirahəti üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində 2010-cu ildə istifadəyə verilmiş 96 yerlik “Ülfət” istirahət mərkəzinə malikdir. DİİXİ Həmkarlar İttifaqı PSI (Beynəlxalq İctimai Xidmət Federasiyası), EPSU (Avropa İctimai Xidmət Federasiyası) kimi beynəlxalq təşkilatların üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1005, Gənclər meydanı, 3
Əlaqə nömrəsi: (+99412) 492 09 59