ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı 1906-cı ildə “Dənizçilərin Həmkarlar Cəmiyyəti” adı ilə təsis edilib. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı 12 mart 1993-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının hüquqi varisidir. Komitə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 5 ilk həmkarlar ittifaqı təşkilatını birləşdirir və 8263 üzvü var. Komitənin ali orqanı beş ildən bir çağırılan qurultaydır. Qurultaylararası dövrdə rəhbər orqan ildə bir dəfədən az olmayaraq çağırılan plenumdur. Plenumlararası dövrdə isə Rəyasət heyətidir. Həmkarlar ittifaqı 1992-ci ildən Beynəlxalq Nəqliyyat Federasiyasının və Beynəlxalq Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
 
Ünvan: Bakı şəhəri, AZ 1026, Xəzər küçəsi, 1
Əlaqə nömrəsi: (+99412) 424 27 32