Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqının tarixi 1905-ci il oktyabrın 17-də Bakıda Konka (at-dəmiryolu) fəhlə və qulluqçularının həmkarlar ittifaqının yaradılması ilə başlayır. Bu tarix eyni zamanda Azərbaycan həmkarlar ittifaqlarının yarandığı ilk tarixdir. 2001-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi adlanır. Dəmiryolu sahəsində çalışan işçiləri özündə birləşdirir. İttifaq 86 həmkarlar ittifaqı təşkilatlarını, o cümlədən 7 birləşmiş həmkarlar ittifaqı komitəsini əhatə edir və 15755 üzvü var. Qurumun Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində “Lokomativ” istirahət mərkəzi fəaliyyət göstərir.
Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumdünya Nəqliyyat İşçİlərinin Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1010, Dilarə Əliyeva küçəsi, 230
Əlaqə nömrəsi: (+99412) 499 44 18