Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı 2002-ci ildəAzərbaycan Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqı kimi təsis edilib. Yerli özünüidarəetmə orqanlarında, onların istehsal, xidmət və mülkiyyətinə aid olan təşkilatlarda çalışan işçiləri özündə birləşdirir. Komitə 421 həmkarlar ittifaqını, o cümlədən 62 şəhər və rayon komitə təşkilatlarını əhatə edir və 1834 üzvü var.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarına və Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Nizamnaməsinə uyğun bələdiyyələrdə və yerli özünüidarəetmə orqanlarında, bələdiyyələrin istehsal, xidmət və mülkiyyətinə aid olan təşkilatlarında çalışanların və təhsil alan şəxslərin fərdi üzvülük prinsipi əsasında könüllü birləşdikdə müstəqil, ictimai, qeyri-siyasi, ümumölkə ictimai birliyidir. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının ali orqanı Qurultaydır, Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı Məclisdir. Məclis üzvləri Qurultay tərəfindən seçilir. Məclislərarası dövrdə icraçı orqan - İcraiyyə Komitəsidir.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının I Qurultayı 27 sentyabr 2002-ci ildə keçirilib. 28 sentyabr 2007-ci ildə keçirilən II Qurultayda Azərbaycan Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının adında dəyişiklik edilərək Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı adlandırılılıb.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 562-86-11, (+99412) 562-99-46