Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 1932-ci ildə təsis edilib və hazırda sıralarında 15283 həmkarlar ittifaqı üzvü təmsil olunur.
İttifaq avtomobil nəqliyyatı və yol təsərrüfatı sahəsində çalışan işçiləri özündə birləşdirir.
İttifaqın tərkibində 118 ilk həmkarlar ittifaqı təşkilatı, 1 Birləşmiş Həmkarlar İttifaqı Şurası vardır. Sahə həmkarlar ittifaqının ali orqanı 5 ildən bir keçirilən Qurultaydır.
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Həmkarlar İttifaqı Birliyi və Beynəlxalq Nəqliyyatçılar Federasiyasının üzvüdür.
2010-cu ildə qurumla Gürcüstanın sahə həmkarlar ittifaqı arasında əməkdaşlıq barədə ikitərəfli müqavilə bağlanıb.
Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 563 52 71