ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Aviasiya İşçilərinin Respublika Həmkarlar İttifaqı

 

1923-cü ildə aviasiya işçilərinin bir hissəsi könüllü qaydada Bakıda Yerli nəqliyyat ittifaqında “Zakavia” aviator cəmiyyətində birləşib. 1934-cü ildə sürücü və aviasiya işçilərinin həmkarlar ittifaqı təsis edilib, 1937-ci ilin iyulunda isə birinci konfransı keçirilib.
Aviasiya İşçiləri HİRK 10338 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirməklə, 17 ilk həmkarlar ittifaqının təşkilatını əhatə edir.
Aviasiya İşçiləri Həmkarlar İttifaqının ali orqanı konfransdır. Konfrans 5 ildən bir keçirilir. Konfranslararası müddətdə ali orqan Plenum, Plenumlararası dövrdə onun icraçı orqanı Rəyasət Heyətidir.

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqı Birliyinin üzvüdür.

 

Ünvan: Bakı şəhəri, AZ 1005, İslam Səfərli küçəsi, 11

Əlaqə nömrəsi: (+99412) 595 34 11