ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AHİK Aparatının strukturu

Tabe təşkilatlar

Turizm və Ekskursiyalar Şurası

1936-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının nəzdində Turizm və Ekskursiyalar İdarəsi kimi yaradılıb, 1969-cu ildən Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurası adlandırılıb. Hazırda Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası olaraq  fəaliyyətini davam etdirən qurum həmkarlar ittifaqları üzvlərinə turizm xidmətləri göstərir və istirahətlərini təşkil edir. “Xəzər” turist bazası və “Kurort” Turizm İnformasiya Mərkəzi Şuranın nəzdində fəaliyyət göstərir. Həmçinin Hacıkənd qəsəbəsində Şuranın “Göygöl” turist bazası, Şəki rayonunda “Soyuq bulaq” turist-ekskursiya birliyi və Mingəçevir şəhərində “Günəşli” turist bazası var. Bu istirahət ocaqlarında təmir-tikinti işləri aparıldıqdan sonra ittifaq üzvlərinin ixtiyarına veriləcək.

Ünvan: Bakı şəhəri, İçərişəhər, Sabir küçəsi, 7
Əlaqə nömrəsi: (+99412) 492 50 10 / (+99412) 492 33 44

AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı videoçarx
"Kurort" Turizm İnformasiya Mərkəzindən yollayışların alınması üçün ödənişlə bağlı təlimat

"Kurort" Qapalı Səhmdar Cəmiyyəti

“Kurort” QSC 2012-ci ildə təsis olunub. Kurort və sanatoriyaların fəaliyyətinə nəzarəti həyata keçirir. Qurumun tabeliyində “Buzovna” fizioterapiya mərkəzi, "Bilgəh", "Abşeron", "Günəşli", "Qaranquş", "Şıx", "Miras", “Naftalan”, "Xəzər" və “Pirşağı” sanatoriyaları, “Hacıkənd" istirahət evi, “Azgeokaptajminsu” RE xidmət sahəsi, “Avtonəqliyyat” müəssisəsi, “Azərkurortlayihə” İnstitutu, Təchizat Birliyinin anbar binaları və sahəsi, “Azərkurorttikintitəmir” Birliyi və digər müəssisələr fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 95
Əlaqə nömrəsi: (+99412) 454 19 54 

"Kurort" QSC-nin vebsaytına keçid ↗

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) zəngin tarixə malikdir. 1952-ci ildən “Kurslar bazası” adı altında müxtəlif strukturlarda fəaliyyətə başlayan təhsil müəssisəsi, zamanla “Həmkarlar İttifaqları Kursu”, “Zona Tədris-Metodiki Mərkəz” və digər adlarla fəaliyyət göstərmişdir. Bu dövrdə, Həmkarlar İttifaqları Hərəkatının Moskva Ali Məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi də təsis edilmişdir. 1997-ci ildə “Moskva Əmək və Sosial Münasibətlər Akademiyası”nın filialına çevrilmişdir. 1999-cu ildən Rusiya və Azərbaycan Təhsil Nazirliklərinin lisenziyası ilə ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış, nəhayət, 2006-cı ildə müstəqil olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası adı ilə fəaliyyətini davam etdirmişdir.

Hazırda AƏSMA özəl ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirir. Akademiyada 2 fakültə – “Maliyyə-İqtisad” və “Sosial iş” fakültələri mövcuddur. Tədris prosesi “İqtisadiyyat və idarəetmə”, “Mühasibat və maliyyə”, “Riyaziyyat və informasiya texnologiyaları”, “Həmkarlar İttifaqları Hərəkatı və sosial fənlər”, “Humanitar fənlər” kafedralarında təşkil olunur. Bundan əlavə, “Magistratura”, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbələri də fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində “Sosial iş”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Maliyyə”, “Mühasibat” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil təqdim olunur. Magistratura səviyyəsində isə “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Marketinq” və “Sosial iş” ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Ünvan: Bakı, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 563 08 10
E-mail ünvanı: [email protected]

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası saytına keçid ↗

"Həmkarların Sağlam Gələcəyi Naminə" İctimai Birliyi

“Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birliyi 1981-ci ildə təsis olunmuş Azərbkolxozlarasısağlamlıq Respublika Birliyinin bazasında 2025-ci ildə yaradılmışdır. Birlik həmkarlar ittifaqı üzvlərinin istirahətini və müalicəsini təşkil edir. Tabeliyində  Qax rayonundaki Şəfa müalicə pansionatı, Xaçmaz rayonunda Şahdağ istirahət evi və Bərdə rayonunda Pambıqçı sanatoriyası-profilaktoriyası (fəaliyyət göstərmir) mövcuddur.

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 2a
Əlaqə nömrəsi: (+99412) 342 61 53

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA)

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilib. AHİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması məqsədilə yaradılıb. Assosiasiya müxtəlif idman növləri üzrə idman yarışları, spartakiadalar, universiadalar təşkil edir, gənclərin idmana olan marağının artırılmasına və idmanın inkişafına dəstək göstərir.

AHİTA-nın tabe təşkilatı olan “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyətinin məqsədi ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında idmana marağın gücləndirilməsi, könüllülük prinsipinin təbliği və sağlam həyat tərzinin formalaşdırılmasıdır.

Bununla yanaşı, AHİTA-nın strukturunda 3 əsas idman bölməsi mövcuddur:

1. Şahmat və zəka oyunları bölməsi

2. Güləş növləri bölməsi

3. Döyüş növləri və fiziki hazırlıq bölməsi

AHİTA-nın fəaliyyət spektrinə aşağıdakı idman növləri daxildir:

  • Cüdo
  • Sambo
  • Karate-do
  • Taekvondo
  • Sərbəst güləş
  • Yunan-Roma güləşi
  • Şahmat
  • Ağırlıqqaldırma
  • Alpinizm
  • Boks
  • Bədii gimnastika
  • Atletika

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47

Əlaqə nömrəsi: ‪(+99412) 493 01 07, ‪(+99412) 493 69 67

E-mail ünvanı: [email protected]