Sədr müavini
1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.
Orta təhsilini Culfa rayonunun Bənəniyar kəndindəki məktəbdə (1989-1998), sonra isə Naxçıvan şəhər N.Tusi adına 9 sayılı orta məktəbdə (2000) alıb.
2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də gözətçi işləyib.
2001-2005 -ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Mühasibat Uçotu və Audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2005-2006-cı illərdə hərbi xidmətdə olub.
2007-2010-cu ilədək Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.
2010-2023–cü illərdə Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında Maliyyə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
2023-cü il 1 mart-18 may tarixlərində Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında katib, Maliyyə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
2023-cü il 18 may tarixli Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ll Məclisinin Qərarı ilə Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilib.
2023-cü il iyulun 31-də Naxçıvan Futbol Federasiyasının prezidenti, sentyabr ayının 28-də isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.
2021-ci ildə "Həmkarlar ittifaqlarında xidmətlərinə görə" medalı ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.