Sədr müavini
1957-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Şəki Pedaqoji Məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb.
1981-1996-cı illərdə Bakı Pedaqoji Məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
1981-1985-ci illərdə pedaqoji fəaliyyəti ilə yanaşı, həmin məktəbdə Tələbə Həmkarlar Təşkilatının sədri, 1985-1988-ci illərdə isə Müəllim və İşçi Həmkarlar Təşkilatının sədri işləyib.
1997-ci ildə Bakı Aviasiya Təhlükəsizliyi İdarəsində 2-ci dərəcəli keşikçi, daha sonra həmin idarədə dəftərxana müdiri işləyib.
1997-2008-ci illərdə “Təmirmaş” Açıq Tipli Səhmdar Cəmiyyətində İdarə heyətinin sədri vəzifəsində çalışıb.
2008-2017-ci illərdə “Təmirmaş-2” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işləyib.
2020-2022-ci illərdə “Tranzit Store AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb.
2022-ci il oktyabrın 3-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-ci il sentyabrın 28-də keçirilən VI Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.
Ailəlidir, üç övladı var.