Sədrin birinci müavini
1957-ci ildə anadan olub. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə "Azərkəndtəsərrüfattexnika"da fəhlə kimi başlayıb və müxtəlif vəzifələrdə çalışıb.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında işləyib, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlib.
2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilib.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavini seçilib.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Ölkənin ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə "Tərəqqi" medalı, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalına layiq görülüb. Beynəlxalq həmkarlar ittifaqlarının bir sıra medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli “Vətənə xidmət görə” ordeni ilə təltif edilib.
Aİləlidir, üç övladı var.