ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Hikmət  Saleh oğlu Osmanov

Hikmət Saleh oğlu Osmanov

Sədr müavini

1957-ci ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, 1990-ci ildə Bakı Ali Partiya Məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

Əmək fəailiyyətinə 1979-cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984-cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olub. 

1984-cü ildən 1990-cı ilədək Quba Rayon Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya Məktəbində əyani təhsil alıb. 

1991-ci ildən 1995-ci ilin sonunadək Quba sovxoz texnikumunun direktoru vəzifəsində işləyib. 

1996-2005-ci illərdə I və II çağırış Milli Məclisin deputatı olub. 

2005-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. 

AHİK-in Məclis və İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyasının üzvüdür. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. Türk və rus dillərini bilir.

2008-ci il fevralın 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Hikmət Saleh oğlu Osmanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il dekabrın 28-də keçirilən IV Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.

Ailəlidir, iki övladı var.