ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Həsən  Cəfərov Şahhüseyn oğlu

Həsən Cəfərov Şahhüseyn oğlu

Aparat rəhbəri

1956-ci ildə anadan olub. 1980-ci ildə N.E.Bauman adına Moskva Ali Texniki məktəbini bitirib.

Əmək fəaliyyətinə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xüsusi nəqliyyat təmiri zavodunun baş ustası kimi başlayıb. 1982-ci ildən Yerli Sənaye və Məişət Kommunal Müəssisələri Fəhlələrinin Respublika Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında (AHİŞ) əməyin texniki müfəttişi işləyib.

1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi, 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri işləyib.

1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Təşkilat işləri və məlumat şöbəsinin müdiri, 2006-cı ildən isə AHİK-in Aparat rəhbəridir.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.

Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Həsən Şahhüseyn oğlu Cəfərov Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür. 

Bir sıra beynəlxalq həmkarlar ittifaqları birliklərinin medalları ilə təltif edilib. Ailəlidir, bir övladı var.