Sədr müavini
1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb.
1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib.
1986-cı il tarixdən “Qaranquş” sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb.
2007-2024-cü illərdə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Əməkdar həkim, tibb elmləri doktorudur.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin müavini vəzifəsinə seçilib.
Ailəlidir, iki övladı var.