ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sahib Əli oğlu Məmmədov

Sahib Əli oğlu Məmmədov

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti

1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2001-ci ildə isə həmin universitetdə magistr dərəcəsi diplomu alıb.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.

2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri və Aİ-Azərbaycan tərəfdaşlıq sazişinin icrası üzrə TACİS layihəsində ekspert olaraq fəaliyyət göstərib.

2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-2014-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

13 mart 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini təyin edilib.

30 yanvar 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

13 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

23 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilib.

3 dekabr 2024-cü ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti vəzifəsinə təsdiqlənib.

Ailəlidir, iki övladı var.