AHIK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

MÜAVİNLƏR

İlyas Alxas oğlu Əliyev

AHİK sədrinin birinci müavini

Rəhbərlik

İlyas Alxas oğlu Əliyev haqqında

  • 1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
  • Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
  • 1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir.
  • 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
  • 1996-cı ildə AHİK sədrinin müavini,
  • 1998-ci ildə isə birinci müavin seçilmişdir.
  • Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
  • Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli “Vətənə xidmət görə” ordeni ilə təltif edilib.
  • Evlidir. Üç övladı var.

Əbil Rzaqulu oğlu Ağasiyev

AHİK sədrinin müavini

Əbil Rzaqulu oğlu Ağasiyev haqqında

  • 1958-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
  • Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı vəzifəsindən başlamışdır.
  • 1981-ci ilin avqust ayından 1982-ci ilin avqust ayına kimi Bakı şəhər 2 saylı şəhər klinik xəstəxanasında həkim-intern, institutu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləmişdir.
  • 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri,
  • 1987-ci ildən isə baş həkim vəzifələrində çalışmışdır.
  • 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilmişdir. AHİK-in  Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
  • Azərbaycan Respublikasının Əməkdar Həkimidir. Tibb elmləri doktorudur.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 05.02.2018-ci il tarixdə keçirilən V qurultayında AHİK sədrinin müavini vəzifəsinə seçilib.
  • Ailəlidir, iki övladı var.

Hikmət Saleh oğlu Osmanov

AHİK sədrinin müavini

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Hikmət Saleh oğlu Osmanov haqqında

  • 1957-ci ildə anadan olmuşdur.
  • 1979-cu ildə Azərbaycan   Dövlət Universitetinin biologiya fakültəsini,
  • 1990-ci ildə Bakı Ali Partiya məktəbini,
  • 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
  • Əmək fəailiyyətinə 1979-cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984-cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur.
  • 1984-cü ildən 1990-cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır.
  • 1991-ci ildən 1995-ci ilin sonunadək Quba sovxoz – texnikumunun direktoru vəzifəsində işləmişdir.
  • 1996-ci ildən 2005-ci ilədək I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
  • 2005-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
  • AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Kənd   təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. Türk və rus dillərini bilir.
  • 4 fevral 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Hikmət Saleh oğlu Osmanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il dekabrın 28-də keçirilən IV Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.
  • Evlidir, iki övladı var.

Mirzəyev Musa İbrahim oğlu

AHİK sədrinin müavini

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesiİşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsininsədri

Mirzəyev Musa İbrahim oğlu haqqında

  • Mirzəyev Musa İbrahim oğlu 7 avqust 1957-ci ildə anadan olmuşdur.
  • 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji universitetinin Filologiya fakültəsini bitirmişdir.
  • Əmək fəaliyyətinə 1978-ci ildə Şəki Pedaqoji məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb və həmin il hərbi xidmətə çağırılıb.
  • 1981-1996-cı illərdə Bakı Pedaqoji məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
  • 1981-1985-ci illərdə müəllimliklə yanaşı həmin məktəbdə Tələbə Həmkarlar Təşkilatının sədri, 1985-1988-ci illərdə isə Müəllim və İşçi Həmkarlar Təşkilatının sədri işləmişdir.
  • 1997-ci ildə Bakı Aviasiya Təhlükəsizliyi İdarəsində 2-ci dərəcəli keşikçi, daha sonra həmin idarədə dəftərxana müdiri işləmişdir.
  • 1997-2008-ci illərdə “Təmirmaş” Açıq Tipli Səhmdar Cəmiyyətində İdarə heyətinin sədri vəzifəsində çalışmışdır.
  • 2008-2017-ci illərdə “Təmirmaş-2” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işləmişdir.
  • 2020-2022-ci illərdə “Tranzit Store AZ” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor işləmişdir.
  • 03 oktyabr 2022-ci ildə Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-ci il sentyabrın 28-də keçirilən VI Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.
  • Ailəlidir, 3 övladı, 7 nəvəsi vardır.

Abdullayev Qəzənfər İsmayıl oğlu

AHİK sədrinin müavini

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri

Abdullayev Qəzənfər İsmayıl oğlu haqqında

  • 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayon Bənəniyar kəndində anadan olub.
  • 1989-1998-ci illərdə Culfa rayonu Bənəniyar kəndində orta təhsil alıb.
  • 2000 – ci ildə Naxçıvan şəhər N.Tusi adına 9 sayılı orta məktəbin X-XI sinfini bitirib.
  • 2001-2005 -ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Mühasibat Uçotu və Audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.
  • 2005-2006-cı illərdə hərbi xidmətdə olub.
  • Ailəlidir, 2 övladı var.
  • 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də gözətçi işləyib.
  • 2007-2010-cu ilədək Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mühasib vəzifəsində çalışıb.
  • 2010-2023 – cü ilə qədər Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2023-cü il 1 mart-18 may tarixlərində Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında Katib, Maliyyə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2023-cü il 18 may tarixli Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ll Məclisinin Qərarı ilə Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilib.
  • 31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının prezidenti seçilib.
  • 28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.
  • 2021-ci ildə Həmkarlar ittifaqında xidmətlərinə görə medalı ilə təltif olunub.