AHIK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

KATİBLƏR

Həsən Şahhüseyn oğlu Cəfərov

AHİK-in Katibi - Aparat rəhbəri

Rəhbərlik

Həsən Şahhüseyn oğlu Cəfərov haqqında

  • 1956-ci ildə anadan olmuşdur.
  • 1980-ci ildə N.E.Bauman adına Moskva Ali Texniki məktəbi bitirmişdir.Əmək fəaliyyətinə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xüsusi nəqliyyat təmiri zavodunun baş ustası kimi başlamışdır.
  • 1982-ci ildən Yerli Sənaye və Məişət Kommunal müəssisələri fəhlələrinin Respublika Komitəsində təlimatçı,
  • 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi,
  • 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi,
  • 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri,
  • 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri,
  • 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəridir.
  • Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.
  • Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə «Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüb.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasəna Həsən Şahhüseyn oğlu Cəfərov Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
  • İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
  • Bir sıra beynəlxalq həmkarlar ittifaqları birliklərinin medalları ilə təltif edilib. Evlidir. Bir övladı var.

Rəşad Nəsirov Barat oğlu

AHİK-in Katibi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Rəşad Nəsirov Barat oğlu haqqında

  • 24 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
  • 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi bitirib.
  • 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib.
  • 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
  • 1997-ci ildən əmək fəaliyyətinə başlayıb, ANS, “Lider” telekanallarında və İctimai Televiziyada çalışıb.
  • 2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor və “Xəbərlər” informasiya proqramları studiyasının direktoru vəzifələrində işləyib.
  • Prezident İlham Əliyevin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub və 24 fevral 2020-ci il tarixinədək bu vəzifədə çalışıb.
  • 2023-cü il yanvarın 24-dən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
  • AHİK-in 2023-cü il sentyabrın 28-də keçirilən VI Məclisinin qərarı ilə Məclis üzvlüyünə seçilib.
  • 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə, ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
  • 2019-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən “Azərbaycanın Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019) yubley medalı ilə təltif olunub.
  • Azərbaycan milli mətbuatının inkişafında şuşalı ziyalıların rolu (1875–1935)” kitabının müəllifidir.
  • Ailəlidir, iki övladı var.