AHİK-in keçirəcəyi tədbirin iştirakçıları Şuşaya yola düşüblər

606

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən oktyabrın 21-də keçiriləcək “Müqvimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı dəyirmi masanın iştirakçıları Şuşa şəhərinə yola düşüblər.

Tədbirdə iştirak etmək üçün Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Portuqaliya və Serbiyadan gələn həmkərlar ittifaqlarının nümayəndələri Şuşaya gedərkən Şərqi Zəngəzurda və Qarabağda yol boyu Ermənisatanın törətdiyi dağıntılarla, vandal əməlləri ilə tanış ediləcək, Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkəcəklər.

Həmçinin qonaqlar həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri ilə də tanış olacaqlar.