Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib.

411

Başsağlığında deyilir:

“Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə aldığımız xəbər bizi son dərəcə kədərləndirdi. Bununla əlaqədar dost və qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərlərinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.