HAK-İŞ Birliyinin sədri Mahmud Arslan: “Şəhid ailələrinə, Azərbaycan xalqına və bütün AHİK üzvlərinə başsağlığı verirəm”

419

Türkiyənin ən böyük həmkarlar ittifaqı olan HAK-İŞ Birliyinin sədri Mahmud Arslan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə başsağlığı məktubu göndərib.

Başsağlığı məktubunda deyilir:

“Əziz qardaşım Səttar Möhbalıyev,

Azərbaycan-Ermənisatn sərhədində son zamanlar baş verən hərbi təxribatlar nəticəsində şəhid olan qəhrəman azərbaycanlı əsgər və zabitlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm.

Öz adımdan və HAK-İŞ Birliyi adından şəhid olan əsgərlərin ailələrinə, Azərbaycan xalqına və bütün AHİK üzvlərinə başsağlığı verir və səbr diləyirəm”.