Terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi ŞƏT-nin məqsədləri arasında yer alan məqamlar ölkəmiz üçün əhəmiyyətlidir

637

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş Azərbaycanın uğurlu xarici siyasi strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini artırıb, dünya miqyasında böyük söz sahibinə çevirib. Mövzunun nə olmasından asılı olmayaraq, istənilən regional və beynəlxalq müzakirələrdə Prezidentimiz ön sıralarda yer alır, onun baş verən proseslərə baxışı və münasibəti diqqətlə izlənilir. Cənab İlham Əliyevin beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə peşəkarcasına bilməsi, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi baxışlara malik oması imkan verir ki, bütün beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin etsin. Bu baxımdan dövlətimizin başçısı beynəlxalq və regional təşkilatların, əhəmiyyətli toplantıların kürsüsündən böyük ustalıqla yararlanaraq hər mövzuda ölkəmizin mənafeyini ləyaqətlə təmsil edir və ölkəmizi söz sahibinə çevirib. Ərazi və əhali baxımından dünyanın ən böyük ölkələrindən bir neçəsini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu regional təsisatın Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə fikirlərinin öyrənilməsi və dəstəklənməsi dediklərimizin əyani təsdiqi, həmçinin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Azərbaycanın bu təşkilatla dərinləşən və genişlənən münasibətləri ölkəmizin maraqlarına tam cavab verir: “ŞƏT-nin məqsədləri arasında yer alan terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı kimi məqamlar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələri əhatə edən hərtərəfli inkişafı, regionun lider dövlətinə çevirilməsi, həmçinin əlverişli təbii-coğrafi movqeyidə yerləşməsi ölkəmizin bu təşkilat üçün də əhəmiyyətini artırır. Tədbirdə çıxışı zamanı Prezidentimiz Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək, həmçinin perspektivlər barədə məlumat verdi. Qürurverici haldır ki, Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına sahibdir, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Qeyd olunan bu məqamlar ölkəmizin dinamik inkişafının uğurlu davamıdır”.

“Dövlətimizin başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Təbii ki, dəhlizin açılması ŞƏT-də təmsil olunan ölkələr, eləcə də bu yolun üzərindəki bütün dövlətlər üçün səmərəli olacaq. Təbii ki, Ermənistan tərəfinin də bunu anlaması vacibdir. Amma bu dövlətin son zamanlar ard-arda törətdiyi hərbi təxribatlar deməyə əsas verir ki, Ermənistan hələ də movcud reallıqlardan qaçmağa çalışır. Sozsüz ki, onların bu kimi çirkin niyyətləri baş tutmayacaq. Çünki diktə edən tərəf qalib ölkədir. Yeri gəlmişkən, Zirvə görüşündə dövlətimizin başçısı sentyabrın 13-də dövlət sərhədində Ermənistanın hərbi təxribatlarını qeyd etdi və bu tribuna vasitəsilə əsl həqiqəti dünya ictimaiyyətinə çatdırdı. Görünür, təxribatçı dövlət münasibətlərin normallaşmasında, sülh danışıqlarının aparılmasında maraqlı deyil, təcavüzkar xislətindən əl çəkmək istəmir. Bu cür əməllər Ermənistanın, onsuz da, ağır olan vəziyyətini daha da gərginləşdirməkdədir. Qarabağ münaqişəsini parlaq qələbə ilə başa çatdıran müzəffər Ali Baş Komandan dəfələrlə bəyan etmişdir ki, “Dəmir yumruq” yerindədir. Ermənistan tərəfinin istənilən hərbi təxribatına layiqli cavab veriləcək. Son hadisələr bunu bir daha göstərdi. Təcavüzkar dövlət bundan dərs çıxarmalı, bu kimi təxribatlardan çəkinməlidir. Çünki başlarına enəcək yumruğun gücünə bələddirlər”, – Milli Məclisin deputatı bildirib.

“Sammit çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşləri, apardığı danışıqları ölkəmiz üçün əhəmiyyətli hesab edirəm. İlk növbədə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın normallaşma prosesini əngəlləyən əməlləri dost və qardaş ölkələrin diqqətinə çatdırıldı və onlar tərəfindən pislənildi”, – AHİK sədri vurğulayıb.