Normadan artıq isti hava şəraitində iş rejiminə nəzarət gücləndirilib

1013

Yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcədən yüksək olduqda Azərbaycan həmkarlar ittifaqları müəssisə və təşkilatlarda açıq hava şəraitində işlərin dayandırılması prosesinə nəzarəti artırıb.

Burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətini təmin etməkdir.

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası da xidmətində olan müəssisə və təşkilatlarda bu istiqamətdə fəaliyyətini artırıb, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin dayandırılmasına və işçilərə sərinləmək üçün imkan yaradılmasına, iki saatdan bir fasilələrin verilməsinə ciddi nəzarət olunur.

Həmçinin Federasiyanın əməkdaşları qurumun rayon komitələrində, bir sıra müəssisə və təşkilatlarda, o cümlədən “Azersun Holdinq” Şirkətləq Qrupunda, “Meliorasiya və Su Təsərrüfatı” ASC-də, Masallı rayon Viləşçay Su Anbarının İstismar İdarəsində olub, günvurma və istivurma hallarının baş verməməsi üçün qabaqlayıcı pofilaktik tədbirlərin görülməsinin vacibliyi barədə müvafiq təvsiyələr veriblər.