Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında müqavilə imzalanıb

481

İyulun 1-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı ilə Özbəkistanın Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Rovşan Badirov ilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov imzalayıb.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraevdə iştirak edib.