2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri müzakirə olunub

566

İyunun 17-də “Azərikimya” İstehsalat Birliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən nəşr edilmiş“2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitabının təqdimatı olub.

Mərasimdə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Karbamid Zavodunun, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS HİK-nın nümayəndələri, “Azərikimya” İB Həmkarlar İttifaqı Komitəsinin üzvləri, sahə həmkarlar ittifaqlarının komitə sədrləri iştirak ediblər.

Ə.Cəfərov tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarınıçatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan,görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

O, kitabınBeynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə AHİK tərəfindən nəşr edildiyini bildirib, həmçinin kitabın hazırlanmasının məqsəd və vəzifələrindən bəhs edib. Ə.Cəfərovun sözlərinə görə, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanda biri-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Məhz bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Şöbə müdirinin müavini əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf-2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Onun sözlərinə görə, bu göstərici ilə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə (55-ci yer) 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyada hər üç ölkədən ikisini qabaqlayıb və bu göstəriciyə əsasən, Cənubi Qafqaz regionunda liderdir.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.