AHİK-in 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə dair hesabatı ilə bağlı silsilə tədbirlər keçirilir

637

İyunun 16-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə qurumun üzv təşkilatı Sədərək Firması Birləşmiş Həmkarlar İttifaqı Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabatı”na dair seminar-müşavirə keçirilib.

Tədbirdə Bakı şəhərinin sahə üzrə rayon həmkarlar ittifaqı komitələrinin fəalları və komitə sədrləri iştirak ediblər.

Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və ölkəmizin həyatında həmkarlar ittifaqlarının rolu, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib.

Respublika Komitəsinin Aparat rəhbəri Vaqif Məhərrəmov Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, insanlar üçün əhəmiyyəti, bunun həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıb. Qeyd edib ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir və bunun göstəricisidir ki, ölkəmizdə bir-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirilməkdədir.

Sonra mövzu üzrə hazırlanmış hesabat dinlənilib, geniş fikir mübadiləsi aparılıb.