Şamaxıda AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı keçirilib

428

Şamaxı rayonunda “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitabların təqdimatı keçirilib.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ASİHİ RK) tərəfindən təşkil olunan tədbirdə Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının səhiyyə işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov bildirib ki, kitablar Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən nəşr edilib. O, kitabların hazırlanmasının məqsəd və vəzifələrindən danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.