AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı keçirilib

603

İyunun 3-də Masallı rayonunda “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimat mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) tərəfindən təşkil olunan tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, MİHİ-nin Masallı, Astara, Biləsuvar, Lənkaran, Lerik, Yardımlı, Cəlilabad rayon komitələrinin sədrləri və fəalları, həmçinin AHİK-in Təşkilat işləri və informasiya şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Çingiz İbrahimov iştirak edib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdıran E.Şahverdiyev bildirib ki, kitablar Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən nəşr edilib. O, kitabların hazırlanmasının məqsəd və vəzifələrindən danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.