Şahmat yarışının qalibləri mükafatlandırıldı

784

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Şahmat Federasiyası ilə birlikdə aqrar sahədə çalışan əməkdaşlar arasında keçirdiyi Şahmat turniri bu silsilə tədbirlərdən biridir. Tədbirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnirdə KTN-nin aparat işçiləri, Dövlət Toxum Fondu, Aqrar tədarük və Təhcizat ASC, Aqrar Elm Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqroserviz ASC, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Sığorta Fondu eləcə də Astara, Qəbələ, Qobustan, Xaçmaz, Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

İki günlük gərgin mübarizə şəklində keçən yarışda Astara rayonundan  Şirinov Tağı 1-ci yer, İman Tanriverdiyev 2-ci yer, Qəbələ rayonundan Orxan Dəmirli 3-cü yeri tutublar. Qaliblər kubok, medallar və pul mükafatı ilə təltif olunublar.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi