Həmkarlar təşkilatları kooperativlərin inkişafına diqqətlə yanaşır

984

22 aprel 2022-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi və KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Sabirabad rayonunda fəaliyyət göstərən kooperativ nümayəndələri ilə görüş keçirib. Görüşdə son dövrlərdə regionlarda yaradılmış istehsal kooperativlərinə göstərilən dövlət dəstəyindən danışılıb, kooperativlərin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib. Özündə 680 nəfəri birləşdirən 850 hektar ümumi ərazisi olan “Birlik” kooperativi və 745 nəfəri birləşdirən 730 hektar ərazisi olan “Axısxalılar Toxum İstehsal Kooperativi”-nin nümayəndələri təmsil etdikləri kooperativlərin kollektiv əmək fəaliyyəti haqqında məlumat veriblər.

Müzakirələrin sonunda ölkədə kooperativlərin inkişafına göstərdikləri xidmətlərə görə həmin kooperativlərin rəhbərləri Şamil Əliyev və Araz Kindiyev KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov tərəfindən fəxri fərmanla təltif olunublar.

 

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi