Tərtər və Ağsu rayonlarının Poçt Filialı Həmkarlar ittifaqı komitəsinə yeni sədrlər seçilib

677

Aprelin 13-də Tərtər rayon Poçt Filialı Həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinə seçki keçirilib.

Seçkidə komitənin seçkili orqanları formalaşdırılıb və Kəmalə Zamanova yekdilliklə Tərtər rayon Poçt Filialı HİK-nın sədri seçilib.

Tərtər rayon Poçt Filialı HİK-nın keçmiş sədri Elbrus Xəlilov isə təqaüd yaşına çatdığı üçün işdən azad olunub. O, Həmkarlar ittifaqı komitəsində səmərəli fəaliyyətinə görə, Respublika Komitəsinin Fəxri fərmanı və pul mükafatı ilə təltif edilib.

Bundan başqa, həmçinin aprelin 21-də Ağsu rayon Poçt Filialının Həmkarlar ittifaqı komitəsinin (HİK) sədri vəzifəsinə seçki keçirilib.

Seçkidə komitənin seçkili orqanları formalaşdırılıb və Xanbaba Fərmanov yekdilliklə Ağsu rayon Poçt Filialı HİK-nın sədri seçilib.

Qeyd edək ki, hər iki tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov iştirak edib.