Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı təltif olunub

1234

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşının təltif olunma mərasimi keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

İnstitutun Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyasının böyük elmi işçisi Afaq Zeynalova, Elmi işlər üzrə direktor müavini Xədicə Məmmədova, Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri və baş mühasib Güləndam Abdullayeva və İnteqrir mübarizə texnologiyaları laboratoriyasının böyük aqrotexniki Təranə Abbasova aqrar sahədə, xüsusən üzümçülük və şərabçılıq sahəsində xidmətlərinə, həmçinin institutun həyatında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunublar.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və İnstitutun direktoru Vüqar Səlimov mükafatçıları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb və fəxri fərmanları onlara təqdim ediblər.