Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

759

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə 2015-ci ildən “Bakı Metropoliteni” QSC-də hər il ənənəvi olaraq qanvermə aksiyası təşkil edilir.

Ənənəyə sadiq qalaraq bu il yanvarın 13-də “Bakı Metropoliteni” QSC-nin idarə aparatında, həmçinin yanvarın 14-də “Nərimanov” elektrik deposunda qanvermə aksiyası keçirilb. Aksiyanın keçirilməsində məqsəd qan donorluğuna ehtiyacı olan insanlara yardım etməkdir.

Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib.
Aksiyaya qoşulanlardan 266 nəfər qan donoru olub.
Tədbirin gedişində Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verib, qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən bəhs ediblər.