FHN işçilərinin peşə bayramı günü münasibətilə şəhid ailəsi ziyarət edilib

672
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş FHN əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsinə baş çəkib.
Şəhidin ailəsi ilə görüş zamanı Rəşad Şəfiyevin nümunəvi hərbi xidmətindən bəhs edilib, xatirəsi ehtiramla yad olunub.
Mehman İsmayılov Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Zəfərdən söz açıb, bu böyük tarixi Qələbə uğrunda canlarını fəda etmiş şəhidlərimizin, o cümlədən Rəşad Şəfiyevin xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb.
R. Şəfiyevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə gətirilən bayram sovqatları şəhidin ailəsinə təqdim edilib.