Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisi keçirilib

950

Dekabrın 7-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) VI Məclisi keçirilib.

MİHİ-nin sədri Arif Mərdanov Məclisin gündəliyinə “COVID-19 virusu ilə bağlı postpandemiya dövründə əməyin mühafizəsi haqqında”, “AHİK-in İcraiyyə Komitəsində qəbul edilmiş “AHİK-in üzv təşkilatlarında hesabat-seçki yığıncaqları barədə” qərarın müzakirə edilməsi haqqında” və təşkilati məsələlərin daxil edildiyini bildirib.

Mövzu ilə bağlı MİHİ-nin əməyin texniki müfəttişi Pərviz Mahmudov, MİHİ sədrinin müavini Əlisəfa Bağırov, MİHİ-nin sədri Arif Mərdanov çıxışlar ediblər.

Sonra gündəliyə çıxarılmış məsələlər səsə qoyulub və müvafiq qərarlar qəbul olunub.