AHİK sədri Səttar Möhbalıyev DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

759

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

Qəza nəticəsində həyatını itirənlərə Uca Yaradandan rəhmət diləyir, öz adımdan, həmçinin həmkarlar ittifaqlarının üzvləri adından yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Allah rəhmət eləsin!