Azərbaycan Respublikasının Nazirlər Kabineti,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vəAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatlarının Milli Konfederasiyası arasında2018-2019-cu illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası
QƏRARA ALIRLAR:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Məmməd Musayev
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti