AHİK: Ermənistanın hərbi təxribatlarını qətiyyətlə pisləyirik

803

2021-ci il noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi hərbi təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

Allahdan şəhidlərimizə rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik. Yaralı hərbi qulluqçularımızın tezliklə sağalmasını arzulayırıq.

Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməyə hesablanmış hərbi təxribatlarını qətiyyətlə pisləyir və şiddətlə qınayırıq.