AHİK-də üzv təşkilatların ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib

1372

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları gördüyü işlər, həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər barədə ictimaiyyəti məlumatlandırmağı daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə fəaliyyətini daim təkmilləşdirir.

Bu məqsədlə noyabrın 16-da AHİK-də üzv təşkilatların ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.

Görüşdə həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı informasiyaların daha etibarlı və operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial media işinin formalaşdırılması, informasiya mübadiləsinin təşkili və digər vacib məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən AHİK-in Aparat rəhbəri Həsən Cəfərov informasiyanın ictimaiyyətə çatdırılmasında daha müasir üsul və vasitələrdən istifadə edilməsi, sosial şəbəkələrlə işin təşkili, bu məqsədlə fəaliyyətin artırılması, təşəbbüslərin əlaqələndirilməsinin önəmini vurğulayıb.

Çıxışı zamanı AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu həmkarlar ittifaqlarının həyatı ilə bağlı aktual mövzuların mətbutda işıqlandırılmasından, üzv təşkilatları ilə informasiya mübadiləsinin təşkilindən və s. məsələlərdən bəhs edib.

Daha sonra iştirakçıların rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi