Respublika Komitəsi Rəyasət Heyətinin onlayn iclası keçirilib

1294

İyulun 9-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi Rəyasət Heyətinin onlayn iclası keçirilib.

İclasda MİHİ Respublika Komitəsinin şəhər-rayon Komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Sosial dialoqun inkişaf etdirilməsi, teatr-tamaşa müəssisələrində əməyin mühafizəsinin vəziyyəti, işçilərin hüquqlarının qorunması istiqamətində görülən işlər iclasın müzakirə mövzusu olub.

İclasda çıxış edən MİHİ-nin sədri Cəmilə Səttarova üzvlərin hüquqlarının qorunması, onların təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, istirahətlərinin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər mövzu ilə bağlı fikirlər səsləndirib, təkliflər veriblər. Sonda müvafiq qərarlar qəbul olunub.