Yeni sosial aksiyaya start verilir

53

Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladları üçün yeni aksiyaya start verilir.
Belə ki, arzularını məktubla asanmektub.az saytına yerləşdirən 100 uşağın diləkləri reallaşdırılacaq. Layihə həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət hissini daha da yüksəltmək məqsədi daşıyır.

Qeyd edək ki, aksiya Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB), “ASAN Məktub” sosial proqramı, “ASAN Könüllüləri” və “Aqrar İnkişaf Könüllüləri” təşkilatları tərəfindən həyata keçirilir.