Dekabrın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi TƏBİB- in aparat işçiləri və bir qrup üzv təşkilatların sədrləri ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanası ərazisində şam ağacları əkib.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Bu aksiyada bizə dəstək olan TƏBİB -in rəhbərliyinə və bütün iştirakçılara təşəkkürümüzü bildiririk.